
İlhamə Quliyeva özünəməxsus ifa tərzi, güclü və məlahətli səsi, səhnə mədəniyyəti və sənətə olan sonsuz sevgisi ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyub. Onun ürəkdən və böyük hisslərlə ifa etdiyi mahnılar illər keçsə də, onu sevən xalqımızın yaddaşında yaşayır və gələcək nəsillərə ötürülür.
İlhamə xanımın ifasında səslənən hər bir mahnı onun sənət dünyasının, duyğularının və Azərbaycan musiqisinə bağlılığının ifadəsi idi. O, yalnız gözəl səsi ilə deyil, öz xarakteri, sənətə sədaqəti və parlaq şəxsiyyəti ilə də yaddaşlarda qaldı.
Bu gün onun doğum günündə unudulmaz sənətkarın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, Azərbaycan incəsənətinə bəxş etdiyi qiymətli sənət irsinin daim yaşayacağına inanırıq.
Ruhu şad olsun. İlhamə Quliyevanın əziz xatirəsi və ecazkar səsi hər zaman qəlbimizdə yaşayacaq.“Azərbaycan Dünyası” beynəlxalq jurnalının yaxın günlərdə İlhamə xanım Quliyevanın əziz xatirəsinə həsr olunacaq xüsusi layihəsi hazırlanır. Layihədə unudulmaz sənətkarın zəngin yaradıcılıq yolu, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr və sənət dünyasında qoyduğu silinməz izdən bəhs olunacaq.

122