
O, ömrünü Azərbaycan tibb elminin və səhiyyə sisteminin inkişafına həsr edib. Endoskopiyanın inkişafı, Diaqnostika Mərkəzinin yaradılması, müasir tibbi texnologiyaların tətbiqi və regionlarda səhiyyə infrastrukturunun genişləndirilməsi onun fəaliyyətinin mühüm istiqamətləri olub.
Oqtay Şirəliyev həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı kimi Azərbaycan tibb tarixində öz izini qoyub. Onun səhiyyənin inkişafı istiqamətində gördüyü işlər və ölkə tibb ictimaiyyətinə verdiyi töhfələr daim xatırlanacaq.
Oqtay Şirəliyevin əziz xatirəsi ehtiramla yad olunur.

51