
Artıq 30 ilə yaxındır ki, jurnalımız işıq üzü görür. Bu illər ərzində əsas amalımız Azərbaycanın adını, tarixini, mədəniyyətini və dəyərlərini dünyaya tanıtmaq, Vətənimizə olan sonsuz sevgimizi beynəlxalq səviyyədə nümayiş etdirmək olub.
Biz Azərbaycanın layiqli övladlarını, ölkəmizin inkişafına və dünyada tanınmasına töhfə verən dəyərli insanları daim diqqətə çatdırmağa çalışmışıq. Hər bir yazımızda, hər bir layihəmizdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı, milli dəyərlərimizi qorumağı və gələcək nəsillərə ötürməyi özümüzə mənəvi borc bilmişik.
Bu illər ərzində böyük dünyanın içində kiçik görünən, lakin böyük tarixə, zəngin mədəniyyətə və böyük ürəyə sahib Azərbaycanın layiqli yerini göstərmək üçün əlimizdən gələni etmişik. Bu yol bizim üçün sadəcə jurnal nəşr etmək deyil, Vətənə xidmət etmək yoludur.















































41