
“Azerbaycan Dünyası” beynəlxalq jurnalının baş redaktoru və təsisçisi, “Dədə Qorqud” Fondunun prezidenti Eldar İsmayılov Fəxri Diploma layiq görülüb.
Fəxri Diplom Dağıstan Respublikasının Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Əliyar Əliyev tərəfindən Eldar İsmayılova təqdim edilib.
Eldar İsmayılovun Dağıstan və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsi, çoxillik redaktorluq, maarifçilik və ictimai fəaliyyəti, mədəni və humanitar əməkdaşlığın inkişafı, həmçinin millətlərarası həmrəylik və qarşılıqlı anlaşma ideyalarının təşviqindəki xidmətləri yüksək qiymətləndirilib.
Bu təltif Azərbaycan və Dağıstan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə yönəlmiş fəaliyyətə verilən yüksək dəyərin ifadəsidir. Eldar İsmayılovun çoxillik fəaliyyəti iki xalq arasında mənəvi bağların, qarşılıqlı hörmətin və humanitar əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

12