Azərbaycan və Dağıstan arasında dostluq və qardaşlıq münasibətlərinin tarixində bu gün də böyük ehtiramla anılan görkəmli şəxsiyyətlər vardır. Onların sırasında İkinci Dünya müharibəsinin ən ağır və mürəkkəb illərində Dağıstana rəhbərlik etmiş Əziz Əliyev xüsusi yer tutur. Onun uzaqgörən fəaliyyəti, xalqlar arasında möhkəm dostluq körpülərinin qurulmasına verdiyi töhfələr və zəngin irsi bu gün də yaşayır, Azərbaycan–Dağıstan münasibətlərinin inkişafında mühüm mənəvi dəyər kimi yüksək qiymətləndirilir.