
Bu əlamətdar gündə qəlbi Türk dünyası ilə döyünən hər bir kəsə, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan bütün dostlarıma sülh, əmin-amanlıq və mənəvi rahatlıq arzulayıram. Türk xalqları arasında qardaşlıq bağları daha da möhkəmlənsin, ortaq tariximiz, dilimiz, mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz gələcək nəsillərə bütöv şəkildə ötürülsün. Türk dünyası elmdə, mədəniyyətdə, iqtisadiyyatda və mənəviyyatda birlik və həmrəylik ruhu ilə daim yüksəlişdə olsun.
Azərbaycanımız hər zaman güclü, müstəqil, qalib və qələbə ruhlu olsun, Türk dünyasının parlaq siması kimi daim ön sıralarda yer alsın.
Bu əlamətdar gün münasibətilə bütün dünya azərbaycanlılarına möhkəm can sağlığı, birlik, bərabərlik və firavan gələcək arzulayıram.
Dərin hörmət və ehtiramla,
“Dədə Qorqud” Fondunun prezidenti,
“Azərbaycan Dünyası” beynəlxalq jurnalının
baş redaktoru və təsisçisi
Eldar İsmayılov
2025-ci il ərzində görülən işlər barədə kiçik hesabatı təqdim edirik.
