
Tədbirdə vətənpərvərlik ruhu və Şəhidlərimizin, Qazilərimizin, Müharibə iştirakçılarımızın, ümumilikdə Zəfərimizdə payı olan hər bir soydaşımızın qəhrəmanlığı və fədakarlığı xüsusi vurğulandı. Onların göstərdiyi igidlik, xalqımızın birlik və mübarizə əzminin təcəssümü kimi qiymətləndirildi. Tədbir iştirakçıları Vətən uğrunda canından, sağlamlığından keçən bütün qəhrəmanlara dərin ehtiramlarını bildirdilər, onların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.


