



Bu gün “Dədə Qorqud” Fondunun vitse-prezidenti, “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının İdarə Heyətinin üzvü, Əməkdar incəsənət xadimi, “Yeditepe” Universitetinin professoru, dəyərli elm və sənət adamı Rafiq müəllimin doğum günüdür.
Çox hörmətli və sevimli Rafiq müəllim,
Sizi dünya azərbaycanlılarının, fondumuzun və jurnalımızın kollektivi adından səmimi qəlbdən təbrik edirik. Sizə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, elmi və mənəvi uğurlar, həmçinin hər zaman sevdiklərinizin sevgisi və ehtiramı ilə əhatə olunmağınızı arzu edirik.
Sizin fəaliyyətiniz milli mədəniyyətimizin, elmimizin və diasporamızın inkişafına dəyərli töhfədir. Uğurlarınız daim bol, günləriniz isə xoş və mənalı olsun.
