
Bu gün hər bir azərbaycanlının qəlbində nə qədər dərd, problem, həyat çətinliyi olsa da, hamının ürəyində böyük bir sevinc, rahatlıq və xoşbəxtlik hiss olunur. Çünki bu gün biz — qəhrəman əsgər və zabitlərimizin canı, qanı bahasına, müdrik və uzaqgörən siyasəti ilə xalqına qələbə sevinci bəxş edən Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, eləcə də dost və qardaş ölkələrin dəstəyi ilə əldə etdiyimiz tarixi Zəfəri — 8 Noyabr Zəfər Gününü böyük qürurla qeyd edirik.
Şükürlər olsun Uca Allahımıza! Bu sevinci, bu qüruru bizə yaşadan bütün şəhidlərimizə, qazilərimizə, igid ordumuza, xalqımıza və bu yolda əməyi, duası, sevgisi olan hər kəsə dərin minnətdarlığımızı bildiririk. Bu gün biz bir millət, bir dövlət olaraq birliyimizin, gücümüzün və müstəqilliyimizin təntənəsini yaşayırıq.
Eyni zamanda bu möhtəşəm gündə “Azərbaycan Dünyası” beynəlxalq jurnalı olaraq daha bir sevincimizi Sizinlə bölüşürük — jurnalımızın yeni buraxılışını təqdim edirik. Bu buraxılışda dövlətimizin inkişaf yolunu, xalqımızın uğurlarını, milli birliyimizi və gələcəyə inamımızı əks etdirən dəyərli yazılar yer alır.
“Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, onun hüquqları dövlət tərəfindən qorunur və təmin olunur.”
Bu prinsip bu gün azad, güclü və ədalətli Azərbaycanın əsas dayağı, xalqın rifahının və sabitliyinin təminatıdır.
“Turan” mahnısının musiqisi istedadlı və gözəl bəstəkarımız Sevda xanım İsgəndərovaya, sözləri Eldar İsmayılova məxsusdur.
