
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bu gün bizim sülh, hüzur və təhlükəsizlik şəraitində yaşamağımız böyük fədakarlıqların nəticəsidir. Bu əmin-amanlığı bizə bəxş edən Ali Baş Komandanın uzaqgörən və qətiyyətli siyasəti, dost və qardaş ölkələrin dəstəyi, və xüsusən Vətən sevgisi ilə döyünən ürəklərini, canlarını və qanlarını əsirgəməyən şəhidlərimiz və qazilərimizdir.
Onların göstərdiyi qəhrəmanlıq xalqımızın qürur mənbəyidir və tariximizin yaddaşına əbədi həkk olunub. 20 Yanvar hadisələri isə bu mübarizənin ən ağrılı, eyni zamanda ən şərəfli səhifələrindən biridir. Həmin günlə bağlı yaddaşımizdan silinməyən xatirələrimiz var – bu xatirələr həm kədər, həm də azadlıq uğrunda göstərilən misilsiz cəsarətin simvoludur.
Şəhidlərimizi unutmuruq, unutmayacağıq. Onların əmanəti olan Vətəni qorumaq hər birimizin borcudur.
Dərin hüzn hissi ilə, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının baş redaktoru və təsisçisi Eldar İsmayılov

186