
“Azərbaycan Dünyası” beynəlxalq jurnalının baş redaktoru və təsisçisi Eldar İsmayılov Tiens korporasiyasının qida üzrə mütəxəssisi Rövşən Aslanoğlu ilə görüşüb. Söhbət zamanı Eldar müəllim Rövşən Aslanoğlu tərəfindən səslənən çox maraqlı bir fikri bəyənmişdir. Onun dediyi kimi “Bioloji aktiv qida əlavələri ilə insan hüceyrələri tamamlanır və bərpa edilir, həkimlər isə xəstəlikləri aşkar edib və müalicə edir”. Həmçinin görüş zamanı Tiens məhsulları ilə tanış olunub, onların insan sağlamlığı üçün faydaları ətrafında geniş müzakirələr aparılıb. Səmimi və olduqca maraqlı şəraitdə keçən görüş hər iki tərəf üçün faydalı oldu.
