
Yalan, paxıllıq və qeyri dürüstlüyü ilə seçilən insanlar var. Vətənini, Dövlətini, Millətini düşünmədən öz “Kreslosunu” düşünən insanlar da var. Belələri olub da cəmiyyət içəridə “biabırçılıq”nufuzu yaratmaqdansa olmasaydılar kaş ki. Bu gün saytların birində Azərbaycan “Ağsaqqallar” şurasının sədri, Milli Məclisin deputatı, Kooperasiya Universitetinin rektoru, Azər İttifaqin sədri, 2022- ci ildə cənab Prezidentin göstərişi ilə Türkmənistana birlikdə səfər etdiyim Eldar Quliyevin müsahibəsini gördüm. Oxudum və mat-məhəttəl qaldım. Adam deyir məni tanımır sadəcə orada səhnədə ani olaraq görüb məni. Halbuki, biz onunla səfərə çıxmamışdan qabaq Bakıda, Türkmənistana gedərkən bütün yol boyu və Türkmənistanda form qurtaranadək birgə olmuşuq. Hələ mənə çıxışından qabaq “göstəriş” də verdi ki, Eldar müəllim, siz 4 dəqiqə danışarsınız, mənsə 18 dəqiqə danışacam. Sonda özü 18 dəqiqə yoxee, heç 4 dəqiqə güclə öz “mükəmməl” rus danışıq tərzi ilə danışa bildi.
Mən başa düşürəm ki, insan 4 vəzifə daşımaq üçün ya çox ziyalı və ağıllı olmadır ya bu Eldar Quliyev kimi ….
Bu insan görəsən düşünmür ki, mənə qara yaxmır, Dövləti nüfuzdan salmağa çalışır.
Bu gün Azərbaycanda “Ağsaqqal” adı verilən bu adamın heç ağsaqqallıq statusundan, ağsaqqalın böyüklüyündən xəbəri belə yoxdur.
EYİBDİR ELDAR QULİYEV, DÖVLƏTİN VERDİYİ STATUSA HÖRMƏTSİZLİK ETMƏK OLMAZ. AĞSAQQAL YALAN DANIŞMAZ.
“Azərbaycan Dünyası”beynəlxalq jurnalının baş redaktoru və təsisçisi Eldar İsmayılov

34