
“Eldar İsmayılov öz alın təri ilə, qanı, canı bahasına qazandıqlarını öz vətənpərvərlik ruhu və tükçülüyü ilə yoğurub layiqli insanların qəlbində Dədə Qorqud məşəliylə, Macarıstandan uzaq Sibirə qədər Turan cığırı açan bir insandır.”
Əminliklə deyə bilərəm ki, bu cümlə Eldar İsmayılovu tanıyan, Ona hörmət və ehtiramla yanaşan çox, həm də çox çox insanların fikridir.
Mən Eldar müəllimi 5 ildən artıq bir müddətdir ki tanıyıram. Bu müddət ərzində Onu yaxından tanımaq imkanım olub.
Eldar İsmayılov mənim üçün Vətəninə, Millətinə, Dövlətinə çox bağlı sadiq, vətənpərvər yəni sözün əsl mənasında PATRİOT şəxsiyyətdir. Bu insanın amalı insanları sevindirmək, onlarla dərdlərini və sevinclərini bölüşməkdir. “Dünya Türkləri Birləşin” şüarı ilə Azərbaycanımızın Türk Dünyasının dəyərli bir hissəsi olduğunu hər zaman vurğulayan vətənpərvərdir O.
2021- ci ildə Şəhid Anaları və Ataları ilə görüşümüz oldu. Eldar müəllim hər bir Ana ilə görüşəndə və ona ” Mehriban Ana” mükafatını təqdim edəndə həm Ananın həm də Eldar müəllimin gözlərindəki yaşı , üzlərindəki ifadəni sadəcə görmək kifayət edir ki, Onun haqqında bu gün yayılan və düzgün olmayan fikir və ittihamların nə qədər haqsız olduğunu deyək. O Anaların və Ataların aldıqları mükafat Şəhid balalarından olan təsəlliləri idi.
Nərgiz Namiq qızı.




















